Yunanıstanda vaxtından qabaq parlament seçkiləri keçiriləcək

02:18 07-07-2019 781

Yunanıstanda bazar günü vaxtından qabaq parlamet seçkiləri keçiriləcək.

TASS bildirir ki, aparılan son sorğuların nəticələrinə əsasən, Baş Nazir Aleksey Tsiprasın hazırki hakim “Radikal sol qüvvələrin koalisiyası” partiyası məğlubiyyətə uğrayacaq, üstünlüyü isə Kiriakos Mitcotakisin əsas müxalifət partiyası “Yeni demokratiya” (YD) qazanacaq.

Qeyd edək ki, mayın 26-da Avroparlamentə keçirilən seçkilərdə konservativ “Yeni demokratiya” Baş Nazirin partiyası üzərində 9,35% səs üstünlüyü ilə qələbə qazanmışdı. Yerli hakimiyyət orqanlarına seçkilərdə isə ilk dəfə olaraq YD nümayəndələri ölkənin 13 bölgəsindən 12-ə rəhbərliyi qazanmışdı. Bu məğlubiyyətdən sonra Tsipris oktyabrda keçirilməli olan parlament seçkilərinin tarixini dəyişərək, iyulun 7-ə vaxtından öncə parlament seçkiləri təyin etməyi özünə mənəvi borc bilmişdi.