Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı

23:18 17-06-2019 566

Masallıda baş verən qəza 4 nəfəri xəstəxanalıq edib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Masallı-Yardımlı yolunun 2-ci kilometrində qeydə alınıb. Masallı rayon Dadoba kənd sakini, 38 yaşlı Bəhruz Nadir oğlu Sadıqov idarəetməni itirərək, “Mercedes” markalı avtomobili elektrik dirəyinə çırpıb.

Sürücü və  avtomobildə olan 3 həmkəndlisi - Pərviz Qurbanov, Ramal Həsənov və Elxan Cavadov müxtəlif dərəcəli xəsarətlər alıblar. 

R.Həsənov əməliyyata alınıb və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan