Koçaryan işində “sürpriz” gözlənilir?

21:40 16-01-2020 364

Robert Koçaryanın işi ilə bağlı yaxın vaxtlarda sürpriz gözlənilir.

Bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Məlumata görə, Ermənistanın Konstitusiya Məhkəməsi Venesiya Komissiyası və Avropa İnsan Haqları Məhkəməsinə toxunulmazlıq və 300.1-ci maddə ilə bağlı məsləhət xarakterli rəy almaq üçün müraciət edib.

“Avropa İnsan Haqları Məhkəməsində proses uzun çəkəcək. Prokurorluğun, vəkillərin fikirlərini öyrəndikdən sonra cavab verəcəklər. Qərar 23-24 mart tarixlərində veriləcək. Venesiya Komissiyasına gəldikdə isə qurumun qərarının fevralın sonuna qədər verilməsi gözlənilir”, - nəşrə danışan mənbə bildirib.

Hər iki qurumun mövqeyinin hüquqi qüvvəsi yoxdursa hansı “sürpriz”dən söhbət gedir?

“Bəli, bunlar tövsiyə və məsləhət xarakterli rəylərdir, lakin hər hansı dövlət və ya məhkəmə orqanı hətta məsləhət xarakterli fikrə qarşı belə qərar qəbul etməz. Bunlar elə nüfuzlu strukturlardır ki, onların əleyhinə gedə bilməzsən. Rəy aldıqdan sonra Konstitusiya Məhkəməsi qanunun (ittihamın) Ermənistan Konstitusiyasına uyğun olub-olmamasına qərar verməlidir. Əgər uyğun olmadığına qərar verərsə ittihamlar götürülməlidir”.