20 yaşlı homoseksual qızı küçənin ortasında döydülər - FOTO

22:20 17-01-2020 354

İngiltərədə küçənin ortasında 20 yaşlı homoseksual qıza iki nəfər hücum edib. Gənc qız  hadisədən sonra qan içində qalıb, hücum edənlər isə hadisə yerindən qaçıblar.

Bu barədə “Son Dakika” xəbər verib.

Məlumata görə, hadisə Sunderland şəhərində qeydə alınıb.

Bildirilir ki, Çarli Qraham dostları ilə görüşməyə gedərkən başından vurulub. Yerə yıxılandan sonra tanımadığı iki nəfər onu təpikləyib, sonra isə qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Çarli Qraham bundan əvvəl də cinsi orientasiyasına görə dörd dəfə hücuma məruz qalıb. Belə hadisələrin birində gözünün yaxınlığında aldığı zədəyə görə üzünə tikiş atılıb.

“Artıq təkbaşına heç yerə getmirəm. Ancaq anamın evində özümü rahat hiss edirəm”, - deyən gənc qız qorxusunu dilə gətirib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.