Azərbaycan əsilli jurnalist Rusiya mətbuatı günü münasibətilə mükafatlandırılıb - FOTO

04:00 18-01-2020 1199

Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi TASS agentliyinin diplomatik strukturlarla əlaqələr üzrə bölməsinin rəhbəri Səadət Qədirovanı mükafatlandırıb.

Bu barədə “Report”un Rusiya bürosuna S.Qədirovanın özü bildirib.

Səadət Qədirova “Xəyallar gerçəkləşir” layihəsi çərçivəsində “Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri” birləşdirdiyinə görə Rusiya Federasiyası Xаrici İşlər Nаzirliyinin “Xarici siyasətin önündə” nominasiyasının qalibi olub.