Futbol üzrə Kipr çempionatı dayandırıldı – Hakimə qarşı sui-qəsd cəhdi olub

05:00 18-01-2020 450

Futbol üzrə Kipr çempionatının püşkatması hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə dayandırılıb.

Bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Bildirilir ki, Kipr çempionatının oyunlarının 33 yaşlı hakimi Andreas Konstantinonun avtomobilinə bomba qoyulmuşdu. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sui-qəsd hakimin evinin qarşısında dayanacaqda baş verib. Partlayışdan sonra avtomobil xeyli zədələnib.  Konstantino xəsarət almayıb.

Hakimə qarşı sui-qəsd Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı vəziyyətin gərginləşməsinə reaksiya ola bilərdi.