Saxladığı donuzlar pensioneri yedilər

06:00 18-01-2020 590

Polşalı pensioneri saxladığı 12 donuzu yeyib.

Bu barədə “The Sun” yazır.

71 yaşlı təqaüdçünün qalıqlarını Yeni ildən bəri görmədiyi üçün ona baş çəkməyə gələn qonşusu tapıb.

“Onu sonuncu dəfə dekabrın 31-də quyudan su götürməyə gedəndə görmüşdülər. Elə meyiti də orada tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.

Prokurorluqda hesab edilir ki, pensioner infarkt nəticəsində ölüb, bundan sonra isə onu ərazidəki ac donuzlar yeyiblər.