ABŞ-ın nüvə arsenalının həcmi açıqlandı

06:20 18-01-2020 33

ABŞ-ın hazırda ümumilikdə 5800  nüvə döyüş başlığı var ki, bunların 1750-si mövqelərdə yerləşdirilib, 2050-si ehtiyatdadır,  2000-i isə demontaj olunacaq.

ABŞ-ın cari nüvə arsenalı barədə bu məlumat “Bulletin of the Atomic Scientists” jurnalında yerləşdirilib.

Mövqelərdəki 1750 döyüş başlığının 400-ü qitələrarası ballistik raketlər, təxminən 900-ü isə sualtı qayıqlar üçün nəzərdə tutulub. Daha 300-ü bombardmançıların bazasında, qalan 150 taktiki döyüş başlığı isə Avropa obyektlərində yerləşir.

Nəşrdə bildirilir ki, ABŞ nüvə silahı ölkənin 11 ştatında və Avropanın beş ölkəsində olmaqla, 24 yerdə saxlanılır.

Jurnalın verdiyi məlumata əsasən, nüvə silahları və döyüş sursatlarının ən çox saxlanıldığı yer  Albukerkdən (Nyu-Meksiko) cənubdakı Kirtlandda yerləşən yeraltı anbarlar kompleksidir. Buradan isə döyüş başlıqları “Pantex” (Texas ştatı) zavoduna utilizasiyaya göndərilir.