Azyaşlı qızlarına işgəncə verdilər

13:00 18-01-2020 348

Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlı qızlarına işgəncə verən valideynlər tutulub.

REN TV-nin məlumatına görə, azyaşlının 24 yaşlı atası və 36 yaşlı analığı onu döyüblər.

Məlum olub ki, onlar beş yaşlı qızlarını daima əllə, ayaqla, təpiklə şiddətə məruz qoyublar.

Nəticədə, uşaqda infeksiyalı yara yaranaraq böyüyüb. Bundan əlavə, evli cütlük beş yaşlı oğullarına da işgəncə verib.

Faktla bağlı cinayət işi başlanılıb.