Ərdoğan Xəlifə Həftarı diktator adlandırdı

19:00 18-01-2020 349

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Liviya dövlətinin rəhbərliyini marşal Xəlifə Haftarın idarəçiliyi altında saxlamağı tarixi səhv adlandırıb.

Bu haqda Türkiyə Prezidentinin ABŞ-da yayımlanan “Politico” nəşrində dərc edilən məqaləsində yazılıb.

"Bəziləri sual edə bilər, niyə dünyada digər müharibələr, toqquşmalar, humanitar krizislər olduğu halda Avropa məhz Liviya münaqişəsinin həllinə diqqət ayırmalıdır.

Ondan başlayaq ki, Avropa Birliyinin Liviya Milli Razılığı Hökumətini lazımi səviyyədə dəstəkləyə bilməməsi demokratiya və insan haqlarına  xəyanət hesab olunacaq. Liviyanı hərbi diktatorun idarəetməsinə vermək böyük tarixi səhvdir. Bundan başqa, Liviyada qanuni hökumət yıxılarsa, Avropa yeni təhlükə və problemlərlə üzləşəcək”, - məqalədə qeyd olunur.

Xatırladaq ki, yanvarın 14-də Almaniyanın paytaxtı Berlində Liviya münaqişəsinin tənzimlənməsinə həsr olunan konfrans keçiriləcək.

Konfransa ABŞ, Rusiya, Türkiyə, Misir, Avropa İttifaqı, BMT nümayəndələri və digər ölkələrin təmsilçiləri dəvət edilib.