Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

22:20 18-01-2020 637

Xətai rayonunda döyülmə hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.  

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib.  

Nəticədə A. Əliyev döyülərək baş nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  

Qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulan A.Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli