Bakıda bir gecədə iki qadını maşın vurdu
00:00 18-06-2019 736
Sabunçu rayonunda avtomobil piyadanı vurub.
Hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum avtomopil piyada, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.
Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.
İkinci hadisə Nərimanov rayonunda baş verib. Avtomobil 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızını vurulub.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu