Taksi sürücüsü gediş haqqını ödəməyən sərnişinin başına oyun açdı - VİDEO

18:40 19-01-2020 440

Ukraynanın Zaporojye şəhərində taksi sürücüsü sərnişini “zelyonka” ilə yuyunmağa məcbur edib.

Lenta.ru-nun məlumatına görə, buna səbəb, sərnişinin gediş haqqını ödəməkdən imtina etməsi olub.

Sürücü-sərnişin qarşıdurmasının videoyazısını “Subbota” portalı yayıb.

Portalın məlumatına görə, sərnişin yalnız mənzil başına çatdıqdan sonra pulunun olmadığını bildirib.

Bu isə sürücünü qəzəbləndirib. Kadrlarda sərnişinin “zelyonka”nın şüşədən əllərinə tökməyi, sonra isə onunla üzünü yuması açıq görünür.