Yüksək sürət qəzaya səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

06:00 20-01-2020 446

Yüksək sürətdə hərəkət edən “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Daewoo” markalı avtomobillə toqquşub.

HerGun.Az xəbər verir ki, hadisə şər vaxtı paytaxtın nəsimi rayonu ərazisində Rəşid Behbudovla və 28 may küçələrinin kəsişməsində qeydə alınıb.

Hər iki avtmobilin sürücüsü sərxoşluqun təyin olunması məntəqəsinə aparılıb.

03:28

Nəsimi rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib.

HerGun.Az xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib. Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Daewoo" markalı avtomobilə, daha sonra işıq dirəyinə və səkidə olan yol ayırıcı dəmirlərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastukturuna ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.