“Mançester Yunayted”in qapıçısı qəzaya düşdü - FOTO

17:20 20-01-2020 514

İngiltərənin “Mançester Yunayted” futbol komandasının qapıçısı Serxio Romero qəza törədib.

Sports.ru-nun xəbərinə görə, o, Karrinqtonda klubun bazası yaxınlığında avtomobil qəzasına düşüb.

Onun “Lamborghini” markalı avtomobili yol kənarındakı dəmirə çırpılıb.

Hadisə zamanı qapıçı xəsarət almayıb.

Qəzanın səbəbi məlum deyil.