Xəyanəti futbol oyununda ifşa olundu - VİDEO

01:40 22-01-2020 418

Ekvadorda yerli “Barselona” və “Delfin” futbol klublarının qarşılaşması zamanı operatorlar kurioz hadisəni qeydə alıblar.

“Sputnik” agentliyi məlumat verir ki, oyun zamanı operatorlar tribunada əyləşən kişi və qadın azarkeşin öpüşməsini kameraya çəkib. Xoş dəqiqələrinin kameralar tərəfindən çəkildiyini görən cütlük narahat olmağa başlayır. Oğlan qolunu qızın çiynindən çəkərək həyəcanla diqqətini stadionda yerləşən böyük elektron tabloya yönəldir.   

Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoya şərh yazan əksər istifadəçilər oğlanın öz həyat yoldaşına xəyanət etdiyini düşünür.