İsrail hərbçiləri üç fələstinlini öldürdülər

04:00 22-01-2020 443

Yanvarın 21-i israilli hərbçilər sərhədi keçməyə cəhd edən üç fələstinlini öldürüblər.

“Reuters” xəbər verir ki, Qəza zolağına yaxın olan sahil ərazini patrul edən hərbçi qrup orada 3 naməlum şəxsi aşkar edib.

İsrail tərəfinin məlumatına əsasən, hərbçilər onlara yaxınlaşmağa cəhd edərkən, fələstinlilər hərbçilər tərəfə partlayıcı qurğu atıb.

Bundan sonra, israillilər atəş açaraq onların həyatına son qoyublar.

Fələstin tərəfi ölənlərinin ikisinin 18, birinin isə 17 yaşı olduğunu bildirib.