Nazarbayevin nəvəsi: Məni öldürməyə cəhd edirlər

16:20 22-01-2020 357

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ona sui-qəsd olunacağı haqqında “Facebook” hesabında açıqlama yayıb. 

Lenta.ru xəbər verir ki, nəvə Nazarbayev Böyük Britaniyada xəstəxanada olduğunu və qohumları ilə problem yaşadığını bildirib.

“Tezliklə məni öldürməyə, yaxud dəli olduğumu sübut etməyə və ya atam kimi asmağa cəhd göstərəcəklər! Mənim gücüm Allah, onun oğlu İsa və müqəddəs ruhlardır”, - deyə A.Nazarbayev “Facebook” hesabında yazıb.

Qeyd edək ki, A.Nazarbayev 2019-cu ilin iyul ayında Londondakı hotellərin birində intihar etməyə cəhd edib. Sui-qəsdə mane olmaq istəyən kiçik rütbəli polisə xəsarət yetirən 30 yaşlı Aysultanı şərti cəza, pul cəriməsi, həmçinin, narkotik asılılığından müalicə olunmaq üçün məcburi müalicəyə cəlb edilib.