Karlsen tarix yazdı

06:45 08-07-2019 751

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi müəyyənləşib.

«Sports.ru» xəbər verir ki, 11 turdan 8 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen turnirin qalibi olub.

Son turda Karlsen fransalı Maksim Vaşye-Laqravı məğlub edib.

Şahmat ekspertlərinin rəyinə görə, dünya çempionu bu turnirdə özünün ən gözəl oyununu nümayiş etdirdi və onun bir neçə partiyası şahmat tarıxınə düşəcək.   

Azərbayçanlı qrosmeyster Şəhriyar Məmmədyarov son turda Din Li Jenlə (Çin) yarım xalı bölüşdürüb. Nəticədə şahmatçımız turnirdə 9-cu yeri tutub.

12 super qrosmeysterin iştirakı ilə keçən turnirin sonrakı mərhələləri - iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.