Bakıda iki avtomobil toqquşub, bir nəfər ağır xəsarət alıb

02:20 24-01-2020 517

Nəsimi rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Çin səfirliyinin yaxınlığında qeydə alınıb. Səfirliyin yaxınlığında iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü, 1990-cı il təvəllüdlü Cəfərov Müşfiq Əfsər oğlu ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. 

Kamil Əmirli