Türkiyədə zəlzələdə ölənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ

11:20 25-01-2020 355

Türkiyədə - Elazığ və Malatyada baş vermiş dağıdıcı zəlzələdə ölənlər arasında azərbaycanlılar yoxdur.

Bu barədə HerGun.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib:

“Mütəmadi olaraq Türkiyənin aidiyyəti orqanlarıilə əlaqə saxlayırıq. Türkiyə Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, hələlik zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında həmvətənlərimiz yoxdur”.

Könül Cəfərli