Rusiyanın bu bazarında güclü yanğın oldu - VİDEO

13:00 25-01-2020 502

Vladivostokda yerləşən ərzaq bazarında yanğın hadisəsi baş verib. 

REN TV ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, yanğın bazarın anbarında meydana gəlib.

Alov min kvadrat metr sahəni əhatə edib.

Rəsmi məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.