Bakıda Avropa Gənclər Olimpiya Festivalını 27 ölkə işıqlandıracaq

11:18 08-07-2019 566

21-27 iyulda Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında 3600-ə yaxın idmançı və komanda rəsmiləri iştirak edəcək.

HerGun.Az xəbər verir ki, bu yarışlarda 10 idman növü üzrə 12 idman obyektindən istifadə olunacaq.

Yarışlar zamanı 136 könüllü fəaliyyət göstərəcək. 351 media orqanı bu yarış üçün qeydiyyatdan keçib. Bunlardan 84-ü beynəlxalq, 267-si isə yerli media orqanıdır. Yarışı Azərbaycan da daxil olmaqla, Avropanın 27 ölkəsi işıqlandıracaq.

Səbuhi Musayev