Rəşad Süleymanov: Su kimi saf və şəffaf gələcək bizimlə olacaq! - FOTO

17:00 25-01-2020 463

51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov dünən Qusar rayonu, Suduroba kənd sakinləri ilə görüşüb.

HerGun.Az xəbər verir ki, bununla bağlı Rəşad Süleymanov “Facebook” hesabında məlumat yayıb:

“Maraqlı müzakirələr çərçivəsində keçən görüşdə Suduroba kəndindəki evlərin su ilə təmin olunması məsələsinə də toxunduq. Su kimi saf və şəffaf gələcək bizimlə olacaq!”