Acun İlicalı zəlzələdə zərər görənlər üçün xeyriyyə kampaniyasına başladı

02:00 26-01-2020 481

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ölkə şou-biznesinin məşhurları sosial media vasitəsilə çağırışa başlayıblar.

Haberler.com-un məlumatına görə, ilk çağırış TV8-in sahibi Acun İlicalıdan gəlib. O, insanları zəlzələdə ziyan çəkən şəxslərə yardım etməyə səsləyib. Onun səsinə bir çox məşhurlar cavab verib. Demet Akalın ehtiyacı olanlara isti geyim, Haluk Levent isə pulla yardım edəcəklərini bildirib.

Kampaniyaya qoşulanların sayının artacağı gözlənilir.