Pekində üç həkim koronavirusa yoluxub

03:00 26-01-2020 457

Çinin paytaxtı Pekində üç həkim 2019-nCoV koronavirusuna yoluxub.

Bu barədə "Jenmin jibao" qəzeti özünün “Twitter” səhifəsində yazıb.

Qəzetin məlumatına görə, hazırda tibb işçiləri xəstəxanada karantindədirlər. 

Bildirilir ki, həkimlərdən ikisi bir müddət əvvəl sətəlcəmin yayıldığı Uhan şəhərində işgüzar səfərdə olublar.

Son məlumatlara görə, Çində yeni növ sətəlcəmdən 41 nəfər ölüb, xəstəliyə yoluxanların sayı 1372 nəfərə çatıb.