Mask həftə ərzində 1,7 milyard dollarlıq varlandı

04:00 26-01-2020 667

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın sərvəti bir həftə ərzində 1,7 milyard dollar artaraq 32 milyard dollara çatıb.

Forbes”in məlumatına əsasən, bu, Maskın nəzarəti altında olan “Tesla” avtomobil istehsalçısının kotirovkalarının 23 yanvar cümə axşamı gününə qədər, yəni bir həftə ərzində 16 % (ilin əvvəlindən 30 %-dan artıq) artması sayəsində baş verib.

Nəticədə, “Tesla”nın kapitallaşdırılması ilk dəfə 100 milyard dollar həddini aşıb və 26 yanvar tarixinə olan göstəricilərə görə 101,8 milyard dollar təşkil edib.