Peru növbədənkənar parlament seçkilərinə hazırlaşır

04:40 26-01-2020 474

Peruda bu gün Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.

TASS  xəbər verir ki, ölkənin birpalatalı qanunverici orqanında 130 yer uğrunda 21 partiya mübarizə aparacaq.

Perunun Seçki Komissiyasının məlumatına əsasən, siyasi hərəkatlardan birinə 24,8 milyona yaxın vətəndaş (ölkə əhalisinin 32,5 mln. nəfərindən) 26 seçki dairəsində səs verməlidir.

Bütün ölkə üzrə 5,2 min seçki komissiyası yerli vaxtla səhər saat 8:00-da işə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaq.

Təhlükəsizliyin təmin edilməsinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq 6,5 dollardan 26 dollaradək məbləğdə cərimə olunacaqlar.