Çində dəhşətli virusdan ölənlərin sayı artır

05:40 26-01-2020 436

Çində koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb.

Bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Hubey əyalətində daha 13 nəfər ölüb, virusa yoluxanların sayı isə 323 nəfər artıb.

Buna qədər 41 nəfərin öldüyü, 1372 nəfərin koronavirusa yoluxduğu qeyd edilirdi.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.