Əbədi məşəldə kabab bişirdilər - VİDEO

20:00 27-01-2020 416

Əbədi məşəldə kabab bişirən yeniyetmələrin videosu sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Vesti.ru “Facebook” səhifəsində həmin videonu paylaşaraq belə bir şərh yazıb:

“Bu nəsilə görə xəcalət çəkirik! Mahaçqala yeniyetmələri Əbədi məşəldə kabab bişiriblər. Bütün bunları isə yaşlı şəxs kameraya çəkib və heç onları dayandırmağa cəhd də göstərməyib”.

Sosial şəbəkə istifadəçiləri də şərhlərdə yeniyetmələri tənqid ediblər.