Selena Qomezdən Castin Biberlə bağlı etiraf: Bir növ istismar qurbanı olduğumu hiss edirəm

23:40 27-01-2020 485

Məşhur müğənni Castin Biberlə 7 il sevgili olan Selena Qomez istismar qurbanı olduğunu açıqlayıb.

“Haber Global”ın məlumatına görə, Selena Qomez həmçinin “Lose You to Love Me” adlı mahnısının kanadalı müğənni Castin Biberlə yaşadığı 7 illik münasibət haqqında olduğunu qeyd edib.

Mahnının nifrət mahnısı olmadığını bildirən Qomez “Gözəl şeylər yaşadım və bunun belə olduğunu əsla inkar etməyəcəyəm. Çox çətin idi və bitdiyinə görə çox xoşbəxtəm” deyib.

Biberlə yaşadığı münasibəti həyatının ən çətin dövrlərdən biri olaraq görüb-görmədiyi ilə bağlı suala Selana Qomez cavab olaraq deyib:

“Xeyr, çünki onda gücü tapdım. Qurban təfəkküründən qurtula bilməmək təhlükəlidir. Hörmətsizlik etmirəm, bir növ istismar qurbanı olduğumu hiss edirəm”.

Qomez həmçinin istismar dedikdə mənəvi istismarı nəzərdə tutduğunu və artıq özünü güclü hiss etdiyini qeyd edib.