Türkiyədə daha bir zəlzələ oldu

01:20 28-01-2020 367

Türkiyənin Elazığ vilayətində daha bir zəlzələ baş verib.  

Bu barədə “Habertürk” məlumat yayıb.

Yerli vaxtla saat 19:12-də Sivricə bölgəsində baş verən zəlzələnin 4,2 bal gücündə olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə bölgəsində 6.8 bal gücündə zəlzələ baş verib. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.