Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - VİDEO

02:20 28-01-2020 483

Göygöl rayonunda zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, qəza Gəncə-Şəmkir yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

Magistral yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarə etməni itirərək əvvəlvə eyni istiqamətdə hərəkətdə olan "Qazel" markalı yük maşınına daha sonra isə mikravtobusa çırpılıb.

Zərbənin təsirindən "Qazel" yol kənarındakı dərəyə aşıb.

Hadisə zamanı sürücülərin yüngül xəsarət aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.