Ermənistanda doqquz nəfər dəm qazından zəhərləndi

03:20 28-01-2020 358

Ermənistanın Qeqarkunik əyalətində yerləşən Çəmbərək şəhərində doqquz nəfər dəm qazından zəhərlənib.

“RİA Novosti” xəbər verir ki, şəhərin restoranlarından birində zəhərlənən insanlar xəstəxanaya yerləşdirlib.

Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, zəhərlənənlərdən biri 14 yaşlı yeniyetmə qızdır.