Qanunsuz odlu silah gəzdirən şəxslər saxlanılıb – VİDEO

06:20 28-01-2020 803

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

HerGun.Az xəbər verir ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən paytaxt sakini Nicat Nəsirov saxlanılıb.

Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” və 1 ədəd pnevmatik olmaqla iki ədəd tapança aşkar olnaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.