Koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb

09:20 29-01-2020 412

Hubey əyalətində koronovirusdan ölənlərin sayı bir gündə 25 nfər artıb. Bundan başqa, daha 840 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Çinin CGTN telekanalı özünün “Twitter” səhifəsində bəyan edib.

Ümumilikdə, koronavirusdan 132 nəfər ölüb. Yanvarın 29-na olan məlumata görə, yoluxanların sayı 4557 nəfərə çatıb.

Qeyd edək ki, dəhşətli virusa ilk yoluxma halı Çinin Uxan şəhərində qeydə alınıb. Bununla əlaqədar olaraq, ÇXR-in 25 şəhərində karantin elan olunub.

Virus insandan insana ötürülür.