Bir yaşlı uşaq narkotik maddədən zəhərləndi

12:20 29-01-2020 445

Rusiyanın Snakt-Peterburq şəhərində azyaşlı narkotik maddədən zəhərlənib.

Bu barədə “Nevskie Novosti” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, bir yaş altı aylıq uşaq pəncərənin kənarına qoyulan xaş-xaş tərkibli narkotik maddəni yeyib.

Bundan sonra vəziyyəti ağırlaşan azyaşlı xəstəxanaya çatdırılıb.

Faktla bağlı “Narkotik vasitələrin və ya psixotrop maddələrin həkim təyinatı olmadan istifadəsi” maddəsi ilə inzibati iş açılıb.

Hazırda hadisənin təfərrüatı araşdırılır.