Məhkəmə nəqliyyat işçisinin qəzaya düşdüyü cinayət işinə xitam verdi

16:20 29-01-2020 584

Astara rayonunda yol qəzası törətməkdə günahlandırılan Emin Qənbərovun kassasiya şikayətinə baxılıb. 

HerGun.Az xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, onun şikayəti təmin edilib, hökm ləğv edilib. Məhkəmə cinayət işinə xitam verib. E.Qənbərov cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad olunub. 

Qeyd edək ki, Astara rayonunun Ələt-Astara magistralının Çayoba kəndindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil “Tofaş” markalı avtomaşınla toqquşub. 

Nəticədə üç nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri - 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) əməkdaşıdır.