Qarət üçün girdiyi evdə ev sahibini balta ilə öldürdü, daha sonra intihar etdi

17:00 29-01-2020 369

Türkiyənin Aydın bölgəsində evə qarət məqsədilə girən şəxs ev sahibini öldürdükdən sonra polisdən qaça bilməyəcəyini anlayaraq intihar edib.

Bu barədə “Hürriyet” informasiya yayıb.

Məlumata görə, 26 yaşlı Gökhan Yıldız oğurluq məqsədilə getdiyi evin sahibi 69 yaşlı Xəlil Akçanı balta ilə qətlə yetirib. Bu zaman səsləri eşidən qonşular polis çağırıb. Operativ şəkildə hadisə yerinə yollanan polislər qatil evdən çıxarkən hadisə yerinə çatıb.

Dərhal polisdən qaçmağa çalışan Yıldız bir qədər sonra bunun imkansız olduğunu anlayıb və 15 metr yüksəklikdə keçiddən özünü atıb.

Xəstəxanaya çatdırılan Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı Gökhan Yıldızın hərbi xidmətdən yayındığı da ortaya çıxıb.