Putin yüksək vəzifəli şəxsi bu görüntülərə görə işdən qovdu - VİDEO

21:20 29-01-2020 24

Rusiya Prezidenti Vladimir Putin Çuvaşiyanın başçısı Mixail İqnatyevi etimadını itirməsi ilə əlaqədar vəzifəsindən azad edib.

Prezident Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı Oleq Nikolayevi respublikanın müvəqqəti rəhbəri təyin edib.

Bu barədə RİA məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl Vahid Rusiya Partiyası İqnatyevi etik normaları pozduğuna görə öz sıralarından qovmuşdu. Buna səbəb Çuvaşiya rəhbəri ilə bağlı sosial şəbəkələrdə yayılan videodur.

Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğınsöndürən maşınların açarlarını təhvil verərkən zabitlərdən biri ilə alçaldıcı zarafat edib. İqnatyev açarı yuxarı tutaraq zabitin onu hoppanaraq götürməsini istəyib.

Çuvaşiyada bu epizodu “dost zarafatı” adlandırsalar da,  Fövqəladə Hallar naziri Yevgeni Ziniçev İqnatyevin davranışını yolverilməz hesab edib.

İqnatyev özü isə Fövqəladə Hallar Nazirliyinə hörmət etdiyini bildirib və açar qalmaqalını “rəqiblərin hiyləsi” adlandırıb.