Nizami Səfərov seçiciləri ilə görüşlər keçirir - FOTO

10:20 30-01-2020 458

102 saylı Samux-Şəmkir seçki dairəsindən namizədliyi qeydə alınan Nizami Səfərov seçiciləri ilə görüşlər keçirir. 

HerGun.Az xəbər verir ki, görüşlərdən biri Samuxun Sarıqamış kəndində, digəri isə Şəmkirin Talış kəndində baş tutub. 

Görüş zamanı N.Səfərov kənd sakinlərinin problemləri ilə maraqlanıb və özünün seçki platforması ilə bağlı seçicilərini məlumatlandırıb.