Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların növbəti mərhələsi başladı - FOTO

13:40 30-01-2020 530

Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti mərhələsi başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Twitter”də məlumat yayıb.

O qeyd edib ki, danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar ötən gündən başlayıb və danışıqların ilk mərhələsi yeddi saat davam edib.