Bakıda qardaş bacısını bıçaqladı

00:40 31-01-2020 503

Nəsimi rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi qeydə alınıb.  

HerGun.Az xəbər verir ki, insident Cavadxan küçəsində qeydə alınıb.  

Kişi mübahisə zamanı bacısı, 1995-ci il təvəllüdlü Arzu İbrahimovaya bıçaqla xəsarət yetirib.  

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib.  

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli