Koronavirus artıq İtaliyadadır

02:40 31-01-2020 378

İtaliyada iki nəfərin yeni növ koronavirusa yoluxması öz təsdiqini tapıb.

“RİA Novosti” xəbər verir ki, bunu İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.

“İki nəfərin koronavirusa yoluxması barədə şübhələr var idi. İndi isə bu təsdiqləndi”, - deyə baş nazir əlavə edib.

C.Kontenin sözlərinə görə, söhbət bir neçə gün öncə İtaliyaya gələn  iki çinli turistdən gedir.