Tsereteli yenidən ATƏT PA sədri seçildi

17:54 08-07-2019 714

Gürcüstan parlamentinin üzvü Georgi Tsereteli bu gün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) sədri seçilib.

Bu baradə TASS informasiya agentliyi məlumat yayıb.

Bu dəfə hazırkı vəzifə uğrunda Bundestaqın deputatı Doris Barnett də mübarizə aparıb.

Assambleya sədrinin seçilməsi Lüksemburqda yekunlaşan ATƏT PA-nın 28-ci sessiyası çərçivəsində keçirilib. ATƏT Parlament Assambleyasının sədrinin səlahiyyət müddəti bir dəfə təkrar seçki hüququna malik olmaqla təyin olunur.

Qeyd edək ki, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev da yenidən və yekdilliklə bu vəzifəyə seçilib.