ABŞ səfirliyindən Azərbaycana təbrik

18:00 08-07-2019 1306

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESCO-nun Dünya İrs Siyahısına daxil olunması münasibətilə ölkəmizə təbrik ünvanlayıb.

HerGun.Az xəbər verir ki, təbrik səfirliyin “Facebook” hesabında paylaşılıb.

“Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi, Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESCO-nun Dünya İrs Siyahısına daxil olunması münasibətilə Azərbaycanı təbrik edirik. Amerika Birləşmiş Ştatlarının Frank Lloyd Raytın 20-ci əsrə aid olan memarlıq abidələri də UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub. Dünya üzrə mədəni irs abidələr onları ziyarət edənlər üçün əvəzolunmaz ilham mənbəyidir”.