Millimizin qapıçısı “Tobol”dan ayrıldı

22:00 31-01-2020 403

Futbol üzrə milli komandamızın qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb. 

HerGun.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. 

Qeyd edək ki, millimizin üzvü Kustanay təmsilçisinin heyətində 36 matçda meydana çıxıb. O, ötən mövsümün ən yaxşı qapıçılarından biri seçilmişdi.