Qəzadan sağ çıxan toppuş yexidna sosial şəbəkələrin ulduzu oldu - FOTO

05:00 01-02-2020 508

Tasmaniyada baş vermiş yol-nəqliyyat hadisəsinin qəribə iştirakçısı sosial şəbəkələrin ulduzuna çevrilib.

LAD Bible” nəşri bildirir ki, avtomobil ölçüləri ilə hətta ekspertləri belə təəccübləndirən yexidnanı vurub. Heyvana kömək etmək üçün “Bonorong Wildlife Sanctuary” cəmiyyətinə müraciət edilməli olub.

“Bu, bəlkə də gördüyümüz ən kök yexidnadır”, - deyə heyvanın “Facebook”da yerləşdirilmiş şəklinə şərh yazılıb.

Toppuş xəstənin şəkli qısa zamanda sosial şəbəkələrdə yayılıb və yexidnanı hazırda əsl ulduz hesab etmək olar.

Qəzaya gəlincə isə,o, yüngül xəsarətlə qurtula bilib və qısa zamanda azadlığa buraxılıb.