Məşhur sağlamlaşdırıcı dietanın təhlükəli tərəfləri aşkarlandı

08:20 01-02-2020 650

Yel Universitetinin (ABŞ) alimləri kalorinin 99 faizini zülal və yağların hesabına təmin edən məşhur sağlamlaşdırıcı ketogen dietanın yalnız qısamüddətli fayda verdiyini müəyyən ediblər. O, bir həftə sonra təhlükə yaratmağa başlayır və orqanizmə mənfi təsir göstərir.

Bu barədə “MedicalXpress”də yerləşdirilmiş press-relizdə deyilir.

Tədqiqatçılar müəyyən ediblər ki, pəhrizin müsbət və mənfi təsirləri “qamma-delta T” hüceyrələri adlanan və diabet, eləcə də iltihab riskini azaldan toxuma immun hüceyrələri ilə əlaqəlidir. Ketodieta yağların əridilməsinə kömək edir ki, bu zaman alternativ yanacaq mənbəyi rolu oynayan keton cisimləri yaranır. Keton cisimlərinin metabolizmi zamanı Qamma-Delta-T-hüceyrələri bütün orqanizmə yayılır və maddələr mübadiləsini yaxşılaşdırır.

Lakin yağ təkcə parçalanmır, həm də yığılır. Təcrübələr göstərdi ki, siçanlar uzun müddət ketogen pəhrizdə olduqda, onlar yeyə bildiklərindən çox yağ istehlak etməyə başlayırlar. Piy toxumalarında immun hüceyrələrinin sayı azalır, diabet və piylənmə inkişaf edir.