Qeyri-adi qəza: maşın beş metr hündürlükdə ağacın üstündə asılı qaldı - VİDEO

20:00 01-02-2020 567

Türkiyənin İstanbul şəhərində qeyri-adi qəza hadisəsi qeydə alınıb. Belə ki, qadın sürücü maşını park edərkən aşırıb.

Bu barədə “HabelGlobal” məlumat yayıb.

Məlumata görə, Serap G. və Seçil Y. adlı iki bacı Türkiyədə baş verən zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım etmək qərarına gəliblər. Onlar bununla əlaqədar mağazadan alış-veriş etdikdən sonra ərzaqları avtomobillərinə qoyub evlərinə doğru hərəkət ediblər.

Serap G. avtomobilini eivinin qarşısında park etmək istəyərkən qəza baş verib. Belə ki, qadın maşını park etmək üçün yol kənarına çəkmək istəyib. Bu vaxt idarəetmədən çıxan avtomobil yol kənərından aşaraq ağacla divarın arasında qalıb. Ağacın orda olması böyük xoşbəxtlik olub. Əgər belə olmasaydı avtomobil 5 metr hündürlükdən yerə çırpılacaqdı.

Maşının içərisində olan bacılar sakinlər tərəfindən çıxarılıb. Onların xəsarət almadığı bildirilir.

Qəzadan sonra oradan keçən insanlar isə avtomobilin qəribə vəziyyətdə aşmasından heyrətlərini gizlədə bilməyiblər.

.